...

Azərbaycan vergi hesabatlılığı prosedurunu sadələşdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Aprel 2012 15:47 (UTC +04:00)
Azərbaycanın vergi orqanları gələcəkdə özləri vergi bəyannamələrini tərtib edəcək və təsdiq üçün vergi ödəyicilərinə göndərəcəklər.
Azərbaycan vergi hesabatlılığı prosedurunu sadələşdirir

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycanın vergi orqanları gələcəkdə özləri vergi bəyannamələrini tərtib edəcək və təsdiq üçün vergi ödəyicilərinə göndərəcəklər.

Bu barədə Azərbaycan və Türkiyə İş Adamları Birliyinin üzvləri (ATİB) ilə görüşdə Azərbaycan Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəis müavini Məhiyəddin Namazov bildirib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ATİB-in yaydığı məlumatda deyilir.

Onun sözlərinə görə, oxşar qayda ilə vergi auditinin nəticələri də elektron formatda vergi ödəyicisinə göndəriləcək.

"Eyni zamanda, bu proses vergi ödəyicisinin hesabatları nazirliyə elektron formatda verməsini zəruri edir və buna görə də onlar bu prosesə hazırlaşmalıdırlar", - Namazov deyib.

Xəbər lenti

Xəbər lenti