...

Bakı sakinlərinin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşdırılır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2012 16:15 (UTC +04:00)
Bakının Nəsimi rayonunda akademik Həsən Əliyev küçəsi boyunca çəkilmiş mövcud magistral su xətti 500 mm diametrlik metal borularla 300 metr uzadılır.
Bakı sakinlərinin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşdırılır (FOTO)

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Bakının Nəsimi rayonunda akademik Həsən Əliyev küçəsi boyunca çəkilmiş mövcud magistral su xətti 500 mm diametrlik metal borularla 300 metr uzadılır. Bu barədə Trend-ə "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Magistral xətdən ətrafdakı məhəllələrə və küçələrə su vermək üçün paylayıcı quyular tikilir və siyirtmələr quraşdırılır.

Magistraldan ayrılan hər bir paylayıcı xəttin üzərində siyirtmələrin qoyulması gələcəkdə şəbəkənin idarəolunmasını asanlaşdırmaqla qəzaların qısa müddətdə aradan qaldırılmasına və su itkilərinin qarşısını almağa imkan verir.

Tədbirlər Planına uyğun olaraq akademik Həsən Əliyev küçəsində tikinti-quraşdırma işlərinin bu həftənin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, mövcud magistral xəttin 300 metr uzadılması bu ərazidəki istehlakçıların içməli su təchizatının əsaslı şəkildə yaxşılaşmasına səbəb olacaq.

Xəbər lenti

Xəbər lenti