...

"DəmirBank"ın aktivləri il ərzində 9,1 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2012 15:27 (UTC +04:00)
Azərbaycan bankı "DəmirBank"ın aktivləri 1 aprel 2012-ci il tarixinə 358,3 mln. manat təşkil edib, bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 29,8 mln. manat və ya 9,1% çoxdur.
"DəmirBank"ın aktivləri il ərzində 9,1 faiz artıb

Azərbaycan, Bakı, 20 aprel /Trend/

Azərbaycan bankı "DəmirBank"ın aktivləri 1 aprel 2012-ci il tarixinə 358,3 mln. manat təşkil edib, bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 29,8 mln. manat və ya 9,1% çoxdur.

Bankdan cümə günü Trend-ə verilən məlumata görə, müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 29,9 mln. manat və ya 12,8% artaraq 265,6 mln. manatı keçib.

Bankda müştəri depozitlərinin həcmi 1 aprel 2012-ci il tarixinə 133,2 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 aprel 2012-ci il tarixinə 110,4 mln. manat təşkil edib.

Bankın nizamnamə kapitalı 1 aprel 2012-ci il tarixinə 21 mln. manat, məcmu kapitalı isə 51,2 mln. manat olub.

Ölkənin ilk banklarından olan "DəmirBank" (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Nİderland İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Xəbər lenti

Xəbər lenti