...

Azərbaycanın sığorta bazarının lideri risklərin saxlanması üzrə gücünü artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2012 11:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir A.Axundov/

"Paşa Sığorta" sığorta şirkətinin nizamnamə kapitalının 35 milyon manata qədər artırılması şirkətin sığorta və takrarsığorta risklərinin saxlanması üzrə gücünün artması üçün şərait yaradır.

Trend-in məlumatına görə, bu barədə "Paşa Sığorta" ASC-nin baş maliyyə direktoru Zaur Əliyev cümə günü yayılan məlumatda bildirib.

"Paşa Sığorta" ASC-nin İdarə Heyəti sığorta şirkətinin nizamnamə kapitalının 35 milyon manata qədər artırılması prosesini başa çatdırıb və kapital artımının nəticələri barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətini və şirkətin Direktorlar Şurasını məlumatlandırıb. Sığortaçının nizamnamə kapitalının artırılması 2011-ci ilin gəlirlərinin kapitala təkrar investisiya olunması və şirkətin səhmdarları tərəfindən edilən əlavə investisiya hesabına həyata keçirilib.

"Kapitalın hazırkı artımı bizim maddi-texniki bazamızın daha da güclənməsi və sığorta və takrarsığorta risklərinin saxlanması üzrə gücümüzün artması üçün şərait yaradır", - Əliyev deyib.

Onun sözlərinə görə, sığortaçıların adekvat kapitallaşması - müasir qərb sığorta məhsullarının Azərbaycan təcrübəsinə növbəti uğurlu inteqrasiyası və ölkənin sığorta sektorunun stabilliyinin təmin edilməsi vacib şərtlərdən biridir.

"Paşa Sığorta"nın cari nizamnamə kapitalının 30 milyondan 35 milyon manata qədər artırılması şirkətin strateji inkişaf planı çərçivəsində və sığortaçıların nizamnamə kapitalının artırılması üzrə dövlətin həvəsləndirmə siyasətinə uyğun olaraq həyata keçirilib", - Əliyev deyib.

"Paşa Holdinq"in tərkibində fəaliyyət göstərən "Paşa Sığorta" ASC korporativ və fərdi müştərilərə könüllü və icbari sığortanın 31 növü üzrə xidmət göstərir. 35 milyon manat nizamnamə kapitalı və 46 milyon manat cari aktiv ilə "Paşa Sığorta" kapitallaşma göstəricilərinə və riskləri özündə saxlama gücünə görə Azərbaycan sığorta və təkrarsığorta bazarının lider üçlüyündə mövqeyini gücləndirib.

Xəbər lenti

Xəbər lenti