Azərbaycan, Bakı, 4 may /Trend/
İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirliklərinin mütəxəssislərindən ibarət işçi qrupları ənənəvi üzümçülük rayonlarına ezam edilib.
Trend İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, işçi qrupları kəndlərdə üzümçülüklə məşğul olan fermer və torpaq sahibləri ilə görüşür, üzümçülüyün inkişafına dair dövlət proqramı çərçivəsində görüləcək işlər, üzümçülük təsərrüfatlarının yaradılması və bu sahədə sahibkarlara dövlət dəstəyi, üzümçülük sahəsi üzrə investisiya layihələrinin hazırlanması və Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına güzəştli qaydada maliyyələşdirilməsi barədə məlumatlar fermerlərin diqqətinə çatdırılır, onları maraqlandıran suallar cavablandırılır.
İşçi qrupları digər ənənəvi üzümçülük rayonlarında da olacaq, fermerlərə əməli köməklik göstərəcəklər.
Qeyed edək ki, Azərbaycan Prezidentinin 2011-ci il 15 dekabr tarixli sərəncamı ilə "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı" təsdiq edilib.