...

Azərbaycanda qızıl filizi emalı üzrə zavodun tikintisinə başlanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2012 17:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir A.Axundov/

"Anglo Asian Mining plc" şirkətinin (Azərbaycanda qızıl istehsalçısı) Gədəbəy yatağında qızılın yuyulması zavodunun tikintisi haqqında qərar qəbul edib. Trend-in məlumatına görə, bu barədə şirkətin cümə günü yaydığı məlumatda deyilir.

Layihənin ilkin qiymətləndirilməsi 2012-ci ilin yanvarında həyata keçirilib. Zavodu 2013-cü ilin ikinci yarısında istismara vermək planlaşdırılır.

İlkin qiymətləndirməyə əsasən, zavodda qızılın oksid filizin 85 faiz və sulfid filizin 69 faizi səviyyəsində alınması gözlənilir. Bununla yanaşı, şirkət bu göstəriciləri yüksəltmək üçün sınaqlar keçirməyi davam etdirir. Yeni zavod saatda 100 ton filizin emalına hesablanıb.

Zavodun gözlənilən layihələndirmə, tikinti və istismara vermə qiyməti 52 milyon dollar təşkil edir və şirkət hazırda yerli və beynəlxalq banklarla danışıqlar aparır ki, onlar maliyyə vəsaitlərini təqdim etsinlər.

"Anglo Asian Mining plc" zavod üçün ilk avadanlığın əldə edilməsinə artıq 4 milyon dollar ayırıb. Avadanlıq sifariş verilib və onun tikinti meydançasına cari ilin üçüncü rübündə gəirilməsi gözlənilir.

"Mövcud göstəricilər və yatağın davam edən qiymətləndirilməsinin yeni nəticələrindən gözlənilən yüksək göstəricilər inam yaradır ki, gələcəkdə Gədəbəydə qızıl istehsalı yeni zavoda investisiyaları doğruldacaq", - məlumatda deyilir.

Şirkət yaxın günlərdə zavodun tikintisi və istismarı üçün qəti icazə almaq üçün yekun sənədi ölkə hökumətinə təqdim edəcək.

Xəbər lenti

Xəbər lenti