Azərbaycan, Bakı, 14 may /Trend, müxbir E.İsmayılov/
Mayın sonu - iyunun əvvəlində Bakıya "Boeing 767-300ER" sərnişin təyyarəsi gətiriləcək. Bu barədə Trend-ə bazar ertəsi "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib.
Onun sözlərinə görə, bu ilin sonunadək Bakıya daha iki "Boeing" yük təyyarəsi gələcək.