...

Azərbaycan bankı “Bank Standard” plastik kartlarla keçirdiyi aksiyasının III mərhələsinin qaliblərini müəyyən edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2012 15:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyul /Trend/

İyulun 17-də "Bank Standard"ın baş ofisində müştərilərə loyallıq proqramı, həmçinin kart vasitəsilə ödənişləri stimullaşdırmaq proqramı çərçivəsində "Kartla ödə, "APPLE" qazan!" aksiyasının II mərhələsinin lotereyası keçirilib. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə günü yaydığı məlumatda deyilir.

Lotereyanın qalibiləri Fizuli Talıbov, Maksim Pavlov, Mədinə Fərziyeva, Rövşən Əfəndi, Ülfət Yusifzadə, Nailəxanım İsayeva, Sərxan Haşımov, Rafiq Mahmudzadə, Tələt Cəbrayılzadə və Əflatun Fərəjov oldular. Qaliblərin hər birinə "iPhone 4S" mobil telefonları təqdim olunacaq.

Qaliblər öz uduşlarını təhvil almaq üçün tirajın keçirilmə tarixindən etibarən 90 iş günü ərzində Bankın Baş ofisinə (Bakı, Azərbaycan pr., 4) müraciət edə bilərlər.

Qeyd edək ki, "Kartla ödə, "APPLE" qazan!" geniş həcmli aksiyası "Bank Standard" tərəfindən buraxılan kart sahibiləri üçün nəzərdə tutulub. Aksiya 4 mərhələdə keçirilir və 2012-ci ilin sentyabr ayının sonunadək davam edəcək. Bu mərhələlərin hər birində ardıcıl olaraq 10 ədəd MacBook Pro noutbuku, daha sonra 10 ədəd i-Pad2 planşeti, 10 ədəd i-Phone mobil telefonu və nəhayət 10 ədəd MacBook Air noutbuku oynanılır. İyulun 1-dən sentyabr ayının 30-dək davam edəcək aksiyanın növbəti, sayca IV mərhələsinin uduş fondunu 10 ədəd MacBook Air noutbuku təşkil edir.

Aksiyada iştirak etmək üçün bankın plastik kartı ilə POS-terminal, bankomat (ATM), habelə "Mobil Bank" xidməti vasitəsilə və ya İnternetdə ödənış aparmaq lazımdır. Kartlar vasitəsilə ödənilən hər 10 şərti vahid (AZN, USD, GBP, EUR) kart sahibinə bir lotereya şansı qazandırır.

Lotereya şansları kart vasitəsilə ödənişlərlə yanaşı, "Bank Standard"ın kart məhsullarını əldə etmək müqabilində də verilir.

Bankın uduşlu aksiyaları haqda daha ətraflı məlumatı www.bankstandard.com saytından, bankın Məlumat mərkəzinin 158 nömrəsindən (gecə-gündüz), eləcə də www.facebook.com/BankStandard.KB səhifəsindən əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti