...

Renault Koleos - mühit fərqi tanımayan kossover (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Avqust 2012 11:01 (UTC +04:00)

Azərbaycanda yenilənmiş Renault Koleos modelinin satışlarına start verilib. Avtomobil cazibəli görkəm və yüksək komfort səviyyəsi ilə seçilir. Baza komplektasiyasında avtomobilin qiyməti - 27 100 manatdır. Zəmanət - 3 il və ya 100 000 km yol qəti təşkil edir. Model, şirkətin Cənubi Koreyanın Pusan şəhərində yerləşən və məhsullarının yüksək keyfiyyəti ilə tanınan Renault Samsung Motors müəssisəsində istehsal olunur.

Azərbaycan müştərilərinə Koleos benzin mühərrik - 2,5 l, 175 a.g., dördpilləli avtomatik transmissiya ilə, start qiyməti 27 100 və 27 900 manat olmaqla təklif olunur. Model "Dynamique Comfort" və "Luxe Privilege" komplektasiyalarında təqdim edilir.

Renault Koleos beş qitənin, təxminən, 40 ölkəsində satılır. Bu ilk avtomobildir ki, istehsalında Alyansın müştərək təcrübəsi irimiqyaslı şəkildə həyata keçirilir. Bütün dünyada şöhrət qazanmış Koleos, krossover seqmentində mövqeyini möhkəmləndirməyə nail olub, xüsusən Çin və Latın Amerikasında. Avropa bazarında model, həmçinin, özünü təsdiq etməyə müvəffəq olub.

"Renault Koleos modelinin Azərbaycan bazarına daxil olmasına görə çox məmnunuq. Əminik ki, Avropada şöhrət qazanmış və yenilənmiş model, yerli avtomobil həvəskarlarının rəğbətini qazanacaq. Yeni Koleos sayca altıncı Renault modelidir ki Azərbaycan bazarında təmsil olunur. Model sıramız Azərbaycanda genişlənməkdə davam edir", - Renault Avrasiya Baş direktorunun müavini Deni Le Vot qeyd edib.

Yenilənmiş dizayn: tərzli və yadda qalan
Renault Koleos-un ön hissəsi bir sıra mühüm dəyişikliklərə məruz qalıb. Renault embleminin hər iki tərəfində artıq yeni, ensiz fənərlərlə birgə xromlaşdırılmış radiator barmaqlıqları yer alır. Yan aynalar isə işıq diod işarələri ilə təchiz olunub.
Bundan əvvəlki versiyadan avtomobilə uca klirens, qabarıq təkər arkaları və özünəməxsus disklər miras qalıb. Yeni Renault Koleos, eyni zamanda, yeni boyama rəngi qazanıb. Artıq müştərilər yeni "Orange Cayenne" rəngli avtomobili əldə edə bilərlər.
Renault mütəxəsissləri salonun keyfiyyətlə işlənib düzəlməsinə xüsusi önəm veriblər: yeni üz çəkmə materialları? alət paneli və işıqlandırılma, spidometr və cihaz panellərinin üslublu görünüşü və s.

Nümunəvi komfort və yeni texnologiyalar
Yeni Renault Koleosun salonu, əvvəlki versiyada olduğu kimi, çox rahat və genişdir. Burada xırda əşyaları yerləşdirmək üçün həcmi 70 l olan yer mövcuddur. Üfqi aralanmalı baqaj qapısı sayəsində, həcmi 450 l təşkil edən yük yerinə keçid sadələşib. Qapıcıqın aşağı tayı bükülmüş vəziyyətdə 200 kq yükü götürə biləcək oturacağa çevrilir. 60/40 nisbəti ilə bölünən arxa divan "Easy-Estate" sistemi ilə təchiz olunub. Bu sistem sayəsində arxa oturacaqı bir hərəkətlə yığaraq, ümumi həcmi 1380 l-lik əlavə boş yer qazanmaq mümkündür. Mənzərəli tavan isə yeni Koleosun salonunu daha gen-bol və rahat edir.
Mühərrik, uzunluqu 4,52 m və eni 1,85 təşkil edən avtomobilə mükəmməl dinamika və hərəkət qabiliyyəti ilə təmin edir.
Yeni Koleosun offrouder xüsusiyyətləri ona həm şəhər küçələrində , həm də kəndarası girintili-çıxıntılı yollarda özünü arxayın hiss etməyə imkan verir. Nissan şirkəti tərəfindən işlənib hazırlanmış tam ötürücü offrouder xüsusiyyətlərinə tam zəmanət verir. Əsaslı şəkildə düşünülmüş qabaritlər, dürüst sükan idarəetməsi və dayanıqlıq şəhər şəraitində dinamik və inamlı hərəkəti mümkün edir.
Renault-un aktiv və passiv təhlükəsizlik sahəsində zəngin təcrübəsi, bu krossoverə 2008-ci ildə, EuroNCAP kraş-testlər reytinqində 5 ulduz qazanmağa imkan yaradıb. Avtomobil ESP - elektron dayanıqlılıq nəzarəti sistemi, fövqəladə tormozlama sistemi, proqramlaşdırılmış kuzov deformasiyası, altı ədəd təhlükəsizlik yastığı və qoruyucu təhlükəsizlik kəmərləri ilə təchiz edilib.

Versiya Dynamique Comfort Luxe Privilege
Mühərrik (л), ötürücü, transmissiya 2,5 CVT, 4WD 2,5 CVT, 4WD
Mühərrikin qücü a.g. 175 175
Tövsiyyə olunan parakəndə qiymət, ƏDV daxil olmaqla 27 100 27 900

Renault avtomobillərinə 3 il zəmanət və yaxud 100 000 km-lik yol qət etmə şamil edilir. Avtomobilləri Bakı ş., Babək prospekti 28D- də yerləşən "Renault Azərbaycan" diler mərkəzində əldə etmək mümkündür.

Ünvan: Bakı, Babək prospekti, 28 D
Telefon : (+994 12) 447 27 21
E-mail: [email protected]
Web: http://www.renault.az/
http://www.facebook.com/renaultazerbaijan

Xəbər lenti

Xəbər lenti