Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir A.Axundov/
Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən ASC "Standard Insurance" sığorta şirkətinə sığorta fəaliyyətinə müddətsiz lisenziya verilib. Trend-in məlumatına görə, bu barədə Xidmətin çərşənbə axşamı yaydığı məlumatda deyilir.
"Əvvəllər verilmiş lisenziyasının fəaliyyət müddətinin başa çatması ilə əlaqədar, Açıq Səhmdar Cəmiyyəti "Standard Insurance" sığorta şirkətinə Maliyyə Nazirliyinin müvafiq əmri ilə 2012-ci il 08 oktyabr tarixdə sığorta fəaliyyətinə müddətsiz lisenziya verilib", - məlumatda deyilir.