...

Baytarlıq Xidməti Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2012 13:52 (UTC +04:00)
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti oktyabrın 24-26-da qeyd olunacaq Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir.
Baytarlıq Xidməti Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

Azərbaycan, Bakı, 22 oktyabr/Trend, müxbir A. Axundov/

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti oktyabrın 24-26-da qeyd olunacaq Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir. Bu barədə bazar ertəsi Trend-ə Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli deyib.

"Xidmətin rəhbərliyi tərəfindən artıq müvafiq sərəncam imzalanıb", - Xanvəli qeyd edib.

Onun sözlərinə görə, Bakıya gedən əsas yollarda paytaxta aparılan iribuynuzlu mal-qaranı yoxlayacaq postlar quraşdırılıb.

"Bakıda gücləndirilmiş baytarlıq xidməti mal-qaranın kəsimi və satışı yerlərinin yaxınlığında yerləşən 25 məntəqədə həyata keçiriləcək", - Xanvəli vurğulayıb.

Onun sözlərinə görə, bundan başqa, Dövlət Baytarlıq Xidməti bayram günlərində Bakı və regionlarda mal-qaranın kəsimi və ətin satışının müəyyən edilməmiş yerdə həyata keçirilməsinin qarşısını almaq üçün tədbirlər görəcək.

Xanvəlinin sözlərinə görə, paytaxta artıq xeyli sayda iribuynuzlu mal-qaranı gətirilməsi başlayıb və müvafiq olaraq Dövlət Baytarlıq Xidməti bu prosesə nəzarət edir.

"Xəstə mal-qaranın gətirilməsi və ya xəstə heyvan ətinin satışı ilə bağlı faktlar hələlik qeydə alınmayıb", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti