...

"Alfa Sığorta" nizamnamə kapitalını artırdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2012 15:36 (UTC +04:00)
Bir müddət əvvəl “Alfa Sığorta” ASC nizamnamə kapitalının artırılması ilə bağlı təsisçisi olan “Bank Technique” ASC-ya müraciət edib. “Bank Technique” ASC-nin rəhbərliyi bu müraciətə müsbət münasibətini bildirərək, “Alfa Sığorta” ASC-nın nizamnamə kapitalının 2 mln. manat məbləğində artırılması və beləliklə, şirkətin nizamnamə kapitalının ümumi məbləğinin 6.75 mln. manata çatdırılması barədə qərar qəbul edib.
"Alfa Sığorta" nizamnamə kapitalını artırdı

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Bir müddət əvvəl "Alfa Sığorta" ASC nizamnamə kapitalının artırılması ilə bağlı təsisçisi olan "Bank Technique" ASC-ya müraciət edib. "Bank Technique" ASC-nin rəhbərliyi bu müraciətə müsbət münasibətini bildirərək, "Alfa Sığorta" ASC-nın nizamnamə kapitalının 2 mln. manat məbləğində artırılması və beləliklə, şirkətin nizamnamə kapitalının ümumi məbləğinin 6.75 mln. manata çatdırılması barədə qərar qəbul edib.

"Alfa Sığorta"dan Trend-ə verilən məlumata görə, nizamnamə kapitalının artırılması şirkətin 100% təsisçisi olan "Bank Technique" ASC tərəfindən kapital qoyuluşu hesabına həyata keçirilib.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən qeydiyyata alınmış səhmlərin emissiya prospektinə əsasən, nizamnamə kapitalının artırılması hər birinin nominal dəyəri 1 000 manat olan cəmi 2 000 ədəd adi, adlı, sənədsiz səhmlərin buraxılışı yolu ilə həyata keçirilib. Bununla bağlı, Vergilər Nazirliyi tərəfindən "Alfa Sığorta" ASC-nın nizamnaməsində edilmiş müvafiq dəyişikliklərin qeydiyyata alınması haqqında 18 oktyabr 2012-ci il tarixli Dövlət Reyestrindən Çıxarış şirkətə təqdim edilib.

Bununla da "Bank Technique" ASC-nin sahibliyində olan səhmlərin ümumi sayı artıq 6 750 ədəd (100%) təşkil edir.

Xatırladaq ki, nizamnamə kapitalı artırılmamışdan əvvəl şirkətin nizamnamə kapitalı 4.75 mln. manat təşkil edirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti