...

Qaraçay-Çərkəz Azərbaycana birgə müəssisələr yaratmağı təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2012 18:55 (UTC +04:00)
Keçmiş sovet ölkələri içərisində Azərbaycan ən dinamik inkişaf edən ölkələrdən biridir və Rusiya Fedrasiyası Qaraçay-Çərkəz Respublikası üçün Azərbaycan ilə iqtisadi əlaqələr çox vacibdir.
Qaraçay-Çərkəz Azərbaycana birgə müəssisələr yaratmağı təklif edir

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir C.Nəsibova/

Keçmiş sovet ölkələri içərisində Azərbaycan ən dinamik inkişaf edən ölkələrdən biridir və Rusiya Fedrasiyası Qaraçay-Çərkəz Respublikası üçün Azərbaycan ilə iqtisadi əlaqələr çox vacibdir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Təmrəzov Bakıda keçirilən Azərbaycan-Rusiya biznes forumundan sonra jurnalistlərə bildirib.

"Rusiyanın subyekti kimi Azərbaycan ilə əməkdaşlıqdan çox şey gözləyirik. Bir çox təkliflər, o cümlədən investisiya təklifləri mövcuddur , - Təmrəzov deyib. - Kənd təsərrüfatı, su enerjisi sahəsində birgə müəssisələrin yaradılmasına dair maraqlı təkliflər bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Baş nazir Artur Rasizadə ilə görüşlərdə səsləndirilib".

Bu il Soçidə keçirilən beynəlxalq konfransda Azərbaycanın "Mətanət A" tikinti şirkəti ilə tikinti materiallarının istehsalı zavodunun inşa edilməsinə dair saziş imzalanıb.

"Şirkət nümayəndələri artıq Qaraçay-Çərkəzə səfər edib, zavodun tikintisi üçün sahə seçilib və biz yaxın vaxtlarda layihənin həyata keçirilməsinə başlamağı planlaşdırırıq", - Təmrəzov qeyd edib.

Rəşid Təmrəzovun başçılığı ilə nümayəndə heyəti həmçinin iqtisadi inkişaf naziri Şahin Mustafayev ilə görüşüb. Görüşdə Azərbaycan və Qaraçay-Çərkəz arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi, investisiya qoyuluşu və iş adamları arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti