...

Azərbaycan xarici borcu tədricən azaltmaq siyasətinə keçir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Noyabr 2012 10:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir A.Axundov/

2013-cü ildə Azərbaycanın xarici borcunun səviyyəsinin azaldılması gözlənilir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.

"Biz daha az borc alacaq və çox qaytaracağıq. Müvafiq olaraq, xarici borcun səviyyəsi tədricən azalacaq", - o deyib.

Şərifov büdcə müzakirələri zamanı qeyd edib ki, xarici borcun tam ödənilməsi məqsədəuyğun deyil.

"Azərbaycanın xarici borcunun səviyyəsi yüksək deyil və bu, azalmaqda davam edəcək, lakin xarici borcun heç olmaması da düzgün deyil. Bir sıra ölkələr belə siyasət yürüdüblər, lakin bu, müsbət nəticələr vermədi. Hətta iri maliyyə resurslarına malik ən zəngin ölkələr, məsələn, Fars körfəzi ölkələri ehtiyac yarananda xarici borc cəlb edir. Borc təkcə əlavə resursların cəlb edilməsi üçün alət deyil, həm də dünya bazarlarında dövlət borcunun dəyərinin müəyyənləşdirilməsi alətlərindən biridir. Buna görə də bu alətdən ehtiyatla istifadə etməliyik", - Şərifov vurğulayıb.

Dövlət büdcəsi layihəsinə əsasən, 2013-cü ildə ölkənin dövlət borcunun ödənilməsinə çəkilən xərcləri cari illə müqayisədə 2,5 dəfə (468,3 milyon manat) artıraraq 780,7 milyon manata çatdırmaq planlaşdırılır.

Bu məbləğdən dövlət borcuna xidmət xərclərinə 647,3 milyon manat nəzərdə tutulub ki, bu da 2012-ci illə müqayisədə 2,7 dəfə və ya 411,4 milyon manat çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti