...

"Bank of Baku"nun kredit portfeli 400 milyon manata çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2012 17:58 (UTC +04:00)
Pərakəndə bankçılıq sahəsində Azərbaycanın aparıcı banklarından olan "Bank of Baku"nun kredit portfelinin həcmi noyabrın 1-nə olan məlumata görə 400 milyon manata çatıb.
"Bank of Baku"nun kredit portfeli 400 milyon manata çatıb

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Pərakəndə bankçılıq sahəsində Azərbaycanın aparıcı banklarından olan "Bank of Baku"nun kredit portfelinin həcmi noyabrın 1-nə olan məlumata görə 400 milyon manata çatıb. Bu, Azərbaycan bankları arasında ən yüksək göstəricilərdən biridir.

Bankdan Trend-ə verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə bu rəqəm 58%, cari ilin əvvəli ilə müqayisədə isə 48% artıb. "Bank of Baku"nun kredit portfelinin mövcud artım tempi bu dinamikanın yaxın perspektivdə dəyişməz qalacağını ehtimal etməyə əsas verir.

Hazırda "Bank of Baku" istehlak və pul kreditinin onlarla növü üzrə ölkə vətəndaşlarına kreditlər ayırır. Kredit almaq üçün vətəndaşlar bankın istənilən filialına baş çəkə və yaxud onlayn sifariş ərizəni doldurub göndərə bilər: http://www.bankofbaku.com/az/online-banking/credit-online.html

1994-cü ildə təsis edilən "Bank of Baku" bu günlərdə 900 000-ci istehlak kreditini rəsmiləşdirib və artıq 500 mindən çox vətəndaş "Bank of Baku"nun müxtəlif xidmət və məhsullarından faydalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti