Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir A.Axundov/
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Alfa Sığorta" ASC-nn adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb ki, bu da şirkətin nizamnamə kapitalının 14,8 faiz artmasına gətirib çıxaracaq.
Bakı Fond Birjasından Trend-ə verilən məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat olan 1030 ədəd səhm buraxılıb.
Bununla da şirkətin nizamnamə kapitalı 6,75 milyon manatdan 7,75 milyon manatadək artırılacaq.
Yerləşdirmənin anderrayteri qismində "Texnika Kapital Menecment" MMC çıxış edir.