Azərbaycan, Bakı, 28 noyabr /Trend/
Sumqayıt şəhərinə içməli suyun verilməsində fasilələr olacaq.
"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "H.Z.Tağıyev adına Su Kəmərləri" idarəsinin nasos stansiyası ərazisində magistral su xəttində təmir işlərinin aparılması ilə əlaqədar noyabrın 29-da saat 09:00-dan 18:00-dək Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinə, Kimyaçılar, "Xəzər" bağları, "Kottec" yaşayış sahələrinə içməli suyun verilməsində fasilələr olacaq.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.