...

Moskva-Bakı aviareysi əlverişsiz hava şəraiti səbəbindən yubanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2012 15:45 (UTC +04:00)
S7 aviaşirkətinin həyata keçirdiyi Moskva-Bakı aviareysi Bakıya gecikmə ilə - yerli vaxtla saat 17:00-da gələcək.
Moskva-Bakı aviareysi əlverişsiz hava şəraiti səbəbindən yubanır

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir E.İsmayılov/

S7 aviaşirkətinin həyata keçirdiyi Moskva-Bakı aviareysi Bakıya gecikmə ilə - yerli vaxtla saat 17:00-da gələcək. Bu barədə cümə axşamı Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.

Məlumata görə, Bakıya 15:35-də gəlməli olan təyyarə əlverişsiz hava şəraiti səbəbindən paytaxtda 17:00-da olacaq.

"Yubanmaya səbəb Moskvada müşahidə edilən pis hava şəraiti, xüsusən qar yağmasıdır", - aeroportdan qeyd ediblər.

Müvafiq olaraq, Moskva-Bakı reysi yubandığına görə Bakıdan saat 16:35-də göndərilməli olan təyyarə gecikir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti