...

İpək Yolu ölkələri ticarətin sadələşdirilməsi və təşviqi barədə razılığa gəliblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2012 16:09 (UTC +04:00)
Dünya ticarət dövriyyəsinin 30 trilyonluq ümumi həcmindən 22 faiz Böyük İpək Yolu ölkələrinin payına düşür.
İpək Yolu ölkələri ticarətin sadələşdirilməsi və təşviqi barədə razılığa gəliblər

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir E.İsmayılov/

Dünya ticarət dövriyyəsinin 30 trilyonluq ümumi həcmindən 22 faiz Böyük İpək Yolu ölkələrinin payına düşür. Trend-in məlumata görə, bunu 29-30 noyabrda İstanbulda keçirilən "İpək Yolu ölkələri arasında ticarətin sadələşdirilməsi və inkişafında gömrük idarəetməsinin rolu" V Forumunda çıxışı zamanı Türkiyənin ticarət və gömrük naziri Həyati Yazıçı deyib.

Onun sözlərinə görə, son 10 il ərzində İpək Yolu ölkələri arasında ticarət dövriyyəsi dörd dəfə artıb.

Yazıçı qeyd edib ki, gələcək də iqtisadiyyatın mərkəzində Asiya olacaq.

Forumun yekununda Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Qırğızıstanın gömrük xidmətlərinin rəhbərləri İpək Yolu ölkələri arasında ticarətin sadələşdirilməsi və təşviqi məqsədilə Niyyət Məktubu imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti