...

Azərbaycanda mobil rabitə vasitəsilə vergilərin qəbuluna başlanılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2012 19:39 (UTC +04:00)
Vergilər Nazirliyi mobil telefonlar vasitəsilə vergi ödənişlərinin tətbiqinə dair tədbirlər görür.
Azərbaycanda mobil rabitə vasitəsilə vergilərin qəbuluna başlanılacaq

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir A.Axundov/

Vergilər Nazirliyi mobil telefonlar vasitəsilə vergi ödənişlərinin tətbiqinə dair tədbirlər görür. Trend-in məlumatına görə, bu barədə Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi Natiq Şirinov nazirliyin "Vergilər" qəzetinə bildirib.

"Dünya üzrə elektron ödənişlərdə mobil telefon vasitəsilə ödənişlər 28 faiz təşkil edir. 2013-cü ildə bu göstəricinin 34 faiz təşkil edəcəyi gözlənilir", - Şirinov qeyd edib.

Nazirlik 2012-ci ilin aprel ayından plastik kartlar vasitəsilə vergi və rüsumların qəbuluna başlayıb.

"Hazırda Vergilər Nazirliyinin rəsmi internet saytı və www.apus.az portalı vasitəsilə ödənişləri həyata keçirmək mümkündür. Qısa müddətdə 100 mindən artıq tranzaksiya həyata keçirilib, ümumi məbləğ 70 milyon manatı ötüb", - Şirinov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti