Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir A.Axundov/
Dekabrın 13-dən etibarən Bakı Fond Birjasında (BFB) "Alfa Sığorta" ASC-nin ümumi dəyəri 1,03 milyon manat olan adi, adlı, sənədsiz səhmlərinin yerləşdirilməsinə başlanılır. Bu barədə Trend BFB-dən məlumat verilib.
"Şirkət BFB-yə səhmlərinin qeyri-kotirovka vərəqəsinə salınması ilə bağlı müraciət edib", - birjanın məlumatında deyilir.
Emissiya çərçivəsində hər birinin nominal dəyəri min manat olan 1030 səhm buraxılıb.
Yerləşdirmənin anderrayteri qismində "Texnika Kapital Menecment" MMC çıxış edir.
Emissiya prospektinin yerləşdirilməsi nəticəsində şirkətin nizamnamə kapitalı 6,75 milyon manatdan 7,78 milyon manata çatdırılacaq.