Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir E.İsmayılov/
Moskva (Vnukovo)-Bakı, Moskva (Domodedovo)-Bakı və Yekaterinburq-Bakı aviareyslərinin yerinə yetirilməsi yubanır. Bu barədə cümə axşamı Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.
Moskva (Vnukovo)-Bakı aviareysi yerli vaxtla saat 14:10-da, ikinci reys 15:35-də, Yekaterinburqdan yola düşməli olan təyyarə isə 13:30-da paytaxta gəlməli idi.
Aeroportdan deyiblər ki, aviareyslərin yubanmasına səbəb böyük ehtimalla Rusiya ərazisində əlverişsiz hava şəraitinin hökm sürməsidir.