...

"Atabank" kapitalını yeni normativ səviyyəsinə qaldırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2012 12:21 (UTC +04:00)
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Atabank" ASC-nin ümumi dəyəri 25 milyon manat olan adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
"Atabank" kapitalını yeni normativ səviyyəsinə qaldırır

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Atabank" ASC-nin ümumi dəyəri 25 milyon manat olan adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü Bakı Fond Birjasının yaydığı məlumatda deyilir.

Emissiya prospekti çərçivəsində hər birinin nominal dəyəri 20 manat olan 1 250 000 səhm buraxılıb.

Yerləşdirmənin anderrayteri kimi "Bokdil-AZ" MMC çıxış edəcək.
Səhmlərin emissiyasının yerləşdirilməsi nəticəsində bankın kapitalı 50 milyon manatadək artırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti