Azərbaycan, Bakı, 28 yanvar/Trend/
"NBCBank" ASC öz səhmlərinin nominalını 15,4 faiz artırır.
Trend-in bazar ertəsi Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) saytına istinadən verdiyi məlumata görə, bank ümumilikdə 22,535 milyon manat dəyərində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
Emissiyanın yerləşdirilməsi 130,24 manat nominalında 149,984 ədəd səhmin 150,25 manat nominallı eyni həcmdə səhmə konvertasiya yolu ilə həyata keçiriləcək.
Bununla da şirkətin nizamnamə kapitalı 19,534 milyon manatdan 22,535 milyon manatadək artırılacaq.