...

Ay ərzində Azərbaycan biznesinə 27 milyon dollar dəyərində güzəştli kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2013 14:52 (UTC +04:00)
Bu gün İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığıa Kömək Milli Fondunun (SKMF) xətti ilə Bakı qəsəbələrində fəaliyyət göstərən 15 sahibkarlıq subyektinə 10,6 milyon manat güzəştli kredit verilib.
Ay ərzində Azərbaycan biznesinə 27 milyon dollar dəyərində güzəştli kredit verilib

Azərbaycan, Bakı, 31 yanvar /Trend/

Bu gün İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığıa Kömək Milli Fondunun (SKMF) xətti ilə Bakı qəsəbələrində fəaliyyət göstərən 15 sahibkarlıq subyektinə 10,6 milyon manat güzəştli kredit verilib. Bu barədə cümə axşamı Nazirlikdən Trend-ə bildiriblər.

"Bu kreditlərin reallaşdırılması 400-dən çox yeni iş yerinin yaradılmasına imkan verir", - məlumatda deyilir.

Fond Xəzər rayonunun Binə qəsəbəsində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini keçirib. Tədbirdə 70-ə yaxın sahibkar iştirak edib.

Ümumilikdə, bu ilin yanvar ayı ərzində 132 sahibkarlıq subyektinə 21,4 milyon manat, o cümlədən Bakı şəhəri və onun qəsəbələrində fəaliyyət göstərən 15 sahibkara 10,6 milyon manat güzəştli kreditlərin verilməsi təmin edilib. Bu kreditlər hesabına 800-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondundan ayrılmış güzəştli kredit hesabına maliyyələşdirilmiş Binə qəsəbəsində İstixana konstruksiyaları və qida sənayesi avadanlıqlarının istehsalı zavodunda aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib.

Sonra isə Xəzər rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və Fond tərəfindən rayonda prioritet hesab olunan müasir çörək zavodunun və istixana şəraitində müasir şitilçilik təsərrüfatının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti, ötən il verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr və 2013-cü ildə Fondun vəsaitlərinin yönəldiləcəyi prioritet sahələr barədə məlumat verib.

Bildirilib ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasından ötən dövr ərzində Bakı şəhəri və onun qəsəbələrində 415 investisiya layihəsinin maliyyələşdirilməsinə 82,6 milyon manat güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması 3200-dən çox yeni iş yerlərinin yaradılmasına imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti