...

“AtaSığorta” kapitalını 9,7 milyon ABŞ dollarına qədər artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2013 13:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 mart /Trend /

Bakı Fond Birjasında "AtaSığorta" ASC-nin 1 milyon manat dəyərində səhmləri yerləşdirilib. Bu barədə Trend-ə çərşənbə axşamı şirkətdən daxil olan məlumatda bildirilir.

Səhmlərin yerləşdirilməsi ilə şirkətin faktiki ödənilmiş nizamnamə kapitalı 7,6 milyon manata çatdırılıb.

"AtaSığorta" şirkətinin 2012-ci il ərzində topladığı sığorta mükafatalrı 10,85 milyon manat, verilmiş sığorta ödənişləri isə 2,75 milyon manat təşkil edib.

"AtaHolding" Sirkətlər Qrupuna daxil olan AtaSığorta 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır.

"AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 4 filial və 4 nümayəndəlik daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti