...

İlin əvvəlindən Azərbaycanda 1,5 mindən çox gömrük pozuntusu qeydə alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Mart 2013 13:56 (UTC +04:00)
2013-ci ilin yanvar-fevral aylarında Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən 1540 inzibati qanun pozuntusu aşkar edilib.
İlin əvvəlindən Azərbaycanda 1,5 mindən çox gömrük pozuntusu qeydə alınıb

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir A. Axundov/

2013-ci ilin yanvar-fevral aylarında Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən 1540 inzibati qanun pozuntusu aşkar edilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı DGK-nın yaydığı məlumatda deyilir.

Onlardan 31-i qanunsuz keçməyə cəhd, 40-ı əşya, mal və ya pul vəsaitlərinin gizli keçirilməsi, 1242-si isə sənədlərin təqdim edilməməsi ilə bağlıdır.

Həmçinin, hesabat dövrü ərzində cinayət xarakterli 41 gömrük qanunvericiliyinin pozulması üzrə 41 fakt qeydə alınıb.

Məlumata görə, 36 fakt qaçaqmalçılıqla, 22-i isə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı olub.

Hesabat dövründə 6,63 kiloqram narkotik vasitə ələ keçirilib. Həmçinin, aksis markaları olmadan malların idxalı faktı qeydə alınıb.

Bu faktlar üzrə yanvar-fevral aylarında şübhəli şəxs qismində 50 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti