Azərbaycan, Bakı, 1 may /Trend/
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Billionare" MMC-nin müraciətinə əsasən broker və diler lisenziyalarının fəaliyyəti dayandırılıb. Bu barədə Trend çərşənbə günü QKDK-nın saytına istinadən məlumat verir.
Bununla da hazırda qiymətli kağızlar bazarında 12 broker fəaliyyəti, 11 diler fəaliyyəti və 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası və 1 klirinq üzrə peşəkar fəaliyyətə verilmiş xüsusi razılıqlar (lisenziyalar) qüvvədədir.