...

Azərbaycan valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2013 12:29 (UTC +04:00)
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbəti dəyişməz qalıb.
Azərbaycan valyuta bazarının həftəlik icmalı

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir A. Axundov/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbəti dəyişməz qalıb.

Trend-in məlumatına görə, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,7846 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

20 may

0,7847

27 may

0,7846

21 may

0,7847

28 may

0,7846

22 may

0,7847

29 may

0,7846

23 may

0,7846

30 may

0,7846

24 may

0,7846

31 may

0,7846

Həftə ərzində orta

0,78466

Həftə ərzində orta

0,7846

Həftə ərzində Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi dəyişilməz olaraq qalıb. Müvafiq olaraq, orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,7836 manat səviyyəsində müəyyən olunub.

Həftə ərzində BEST-də valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): mayın 27, 28 və 30-da sövdələşmələr aparılmayıb, buna görə də məzənnə 0,7836 AZN/USD səviyyəsində qalıb; mayın 29-da 0,7836 AZN/USD məzənnə ilə 6,65 mln. dollar; mayın 31-də 0,7836 AZN/USD məzənnə ilə 4,72 mln. dollar.

ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi

20 may

0,7836

27 may

0,7836

21 may

0,7836

28 may

0,7836

22 may

0,7836

29 may

0,7836

23 may

0,7836

30 may

0,7836

24 may

0,7836

31 may

0,7836

Həftə ərzində orta

0,7836

Həftə ərzində orta

0,7836

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. EUR/AZN və RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti