...

Azərbaycanda əməkhaqlarının artırılmasına dair imzalanan sərəncamlar 65 min nəfəri əhatə edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Avqust 2013 18:01 (UTC +04:00)
Azərbaycanda dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə maaşların artırılmasına dair imzalanan sərəncamlar 65 min nəfəri əhatə edəcək.
Azərbaycanda əməkhaqlarının artırılmasına dair imzalanan sərəncamlar 65 min nəfəri əhatə edəcək

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir A.Axundov/

Azərbaycanda dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə maaşların artırılmasına dair imzalanan sərəncamlar 65 min nəfəri əhatə edəcək.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 20 avqust tarixli sərəncamları ilə dövlət büdcəsindən maliyyələşdirilən kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində, eləcə də sosial təminat müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə maaşları 10 faiz artırılıb. Bu artım 65 min nəfəri əhatə edəcək.

Məlumata görə, sentyabr ayı üzrə əməkhaqları artırılmış formada veriləcək: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, pensiyaların, sosial müavinətlərin, təqaüdlərin və digər ödənişlərin artırılması ilə bağlı da sərəncamların imzalanması gözlənilir. Maddi güzəranın yaxşılaşdırılması, sosial müdafiənin gücləndirilməsi istiqamətində atılan bu addımlardan ölkə əhalisinin böyük hissəsi bəhrələnəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti