...

Azərbaycanın korporativ qiymətli kağızlar bazarı iki dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Sentyabr 2013 18:35 (UTC +04:00)
2013-cü ilin yanvar-avqust aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 39,63 faiz azalaraq 4,559 milyard manat təşkil edib.
Azərbaycanın korporativ qiymətli kağızlar bazarı iki dəfə artıb

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir A.Axundov/

2013-cü ilin yanvar-avqust aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 39,63 faiz azalaraq 4,559 milyard manat təşkil edib. Bu barədə Trend-ə BFB-dən məlumat verilib.

Ölkənin fond bazarının belə azalması dövlət qiymətli kağızlar bazarının təqribən 2 dəfə azalması hesabına baş verib. Bununla yanaşı, korporativ qiymətli kağızlar bazarı təqribən 2 dəfə artıb.

Dövlət qiymətli kağızlar bazarının həcmi yanvar-avqust aylarında 3,7 milyard manatı ötüb, korporativ kağızlar bazarının dövriyyəsi isə 786 milyon manata yaxınlaşıb.

Korporativ qiymətli kağızlar üzrə BFB-də keçirilmiş hərracların müqayisəli cədvəli (2012-ci ilin yanvar-avqust ayları):

Bazarın seqmentləri

31.08.2013

31.08.2012

Faiz nisbəti

Əqdlərin həcmi,

AZN

Əqdlərin sayı

Əqdlərin həcmi,

AZN

Əqdlərin sayı

Korporativ istiqrazlar - (yerləşdirmə)

83 333 524,60

59

37 341 335,00

66

223,17%

Korporativ istiqrazlar - (təkrar bazar)

396 611 996,93

130

224 281 573,42

74

176,84%

Səhmlər - (yerləşdirmə)

291 808 611,69

261

131 322 181,67

110

222,21%

Səhmlər - (təkrar bazar)

14 107 252,28

2 673

6 911 606,95

2 257

204,11%

KQK bazarı cəmi

785 861 385,50

3 123

250 605 543.08

2 245

196,54%

Dövlət sektoru üzrə BFB-də keçirilmiş hərracların müqayisəli cədvəli (2013-ci ilin yanvar-avqust ayları):

Bazarın seqmentləri

31.08.2013

31.08.2012

Faiz nisbəti

Əqdlərin həcmi,

AZN

Əqdlərin sayı

Əqdlərin həcmi,

AZN

Əqdlərin sayı

Dİ (AR MN) - (yerləşdirmə)

61 803 101,77

37

67 733 542,77

29

91,24%

Dİ (AR MN) -

(təkrar bazar)

12 949 227,52

4

9 334 451,92

7

138,73%

Notlar (AR MB) - (yerləşdirmə)

219 897 013,45

83

715 179 262,24

173

30,75%

Notlar (AR MB) -

(təkrar bazar)

43 955 612,02

4

12 486 939,02

8

352,01%

Repo əməliyyatları

3 434 774 077,58

353

6 348 180 243,46

839

54,11%

DQK bazarı cəmi

3 773 379 032,34

481

7 152 914 439,41

1 056

52,75%

İxtisarlar:

Dİ - dövlət istiqrazları

AR MN - Azərbaycan Respublikası Maliyyə Nazirliyi

AR MB - Azərbaycan Respublikasının Mərkəzi Bankı

DQK - Dövlət qiymətli kağızları

KQK- Korporativ qiymətli kağızları

Məqalədə:
Xəbər lenti

Xəbər lenti