...

İxrac Bülleteninin sentyabr sayı buraxılmışdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2013 17:33 (UTC +04:00)
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən iş adamlarının məlumatlandırılması məqsədi ilə hazırlanan İxrac Bülleteninin növbəti sayı buraxılmışdır.
İxrac Bülleteninin sentyabr sayı buraxılmışdır

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən iş adamlarının məlumatlandırılması məqsədi ilə hazırlanan İxrac Bülleteninin növbəti sayı buraxılmışdır.

Bülletenin sentyabr sayında AZPROMO-nun iş adamlarına göstərdiyi xidmətlərə, Bolqarıstan Respublikasına, Azərbaycan Respublikasında gömrük rejimlərinə, müxtəlif sərgilərə və digər tədbirlərə dair məlumatlar verilmişdir.

İxrac bülleteni ilə daha ətraflı İqtisadi İnkişaf Nazirliyinin www.economy.gov.az və AZPROMO-nun www.azpromo.az internet səhifələrində tanış olmaq olar.

İxrac bülleteni AZPROMO tərəfindən ölkəmizdə təşkil edilən müxtəlif tədbirlərdə iş adamlarına paylanılır. Nəşrin yerli şirkətlərə, beynəlxalq təşkilatlara və xarici ölkələrin Azərbaycandakı səfirliklərinə təqdim olunması da nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti