...

Mərkəzi Bankda Vyetnam Dövlət Bankının nümayəndələri üçün təcrübə mübadiləsi keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2013 11:08 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının (AMB) Pul siyasəti departamentində makroiqtisadi proqnozlaşdırma sahəsində Azərbaycan təcrübəsi ilə yaxından tanış olmaq məqsədilə Vyetnam Dövlət Bankının dörd nəfərdən ibarət nümayəndə heyəti üçün 24-26 sentyabr 2013-cü il tarixlərində təcrübə mübadiləsi keçirilib.
Mərkəzi Bankda Vyetnam Dövlət Bankının nümayəndələri üçün təcrübə mübadiləsi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

Azərbaycan Mərkəzi Bankının (AMB) Pul siyasəti departamentində makroiqtisadi proqnozlaşdırma sahəsində Azərbaycan təcrübəsi ilə yaxından tanış olmaq məqsədilə Vyetnam Dövlət Bankının dörd nəfərdən ibarət nümayəndə heyəti üçün 24-26 sentyabr 2013-cü il tarixlərində təcrübə mübadiləsi keçirilib.

Mərkəzi Bankdan Trend-ə daxil olan məlumata görə, təcrübə mübadiləsi zamanı Azərbaycan Mərkəzi Bankında istifadə olunan Maliyyə Proqramlaşması sisteminin xarakteristikası, iş prinsipləri, istifadə edilən proqnozlaşdırma metodları haqda məlumatlar nümayəndə heyətinin diqqətinə çatdırılıb. Burada proqnozların işlənməsi zamanı ölkə iqtisadiyyatının xüsusiyyətlərinin nəzərə alınması, iqtisadiyyatın sektorları arasındakı əlaqələr, simulyasiya ssenarilərinin seçilməsi meyarları, aparılan tədqiqat nəticələrinin pronozlaşdırma metodlarının təkmilləşdirilməsində istifadəsi, pul siyasəti istiqamətlərinin hazırlanmasında proqnozların nəzərə alınması kimi məsələlər üzrə Azərbaycan Mərkəzi Bankının təcrübəsi bölüşülüb.

Nümayəndə heyəti Azərbaycan təcrübəsinin faydalı olduğunu vurğulamış, təcrübə mübadiləsinin gələcəkdə də davam etdirilməsi ilə bağlı niyyətlərini bildiriblər.

Qeyd edək ki, Maliyyə Proqramlaşması bazasında makroiqtisadi proqnozlaşdırma sistemi 2005-ci ildən etibarən Azərbaycan Mərkəzi Bankında praktiki istifadə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti