Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir E.Əliyev/
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2014-cü ildə sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli maliyyələşməsinə 250 milyon manatdan az olmayaraq vəsait ayırmaq niyyətindədir. Bu barədə çərşənbə günü jurnalistlə\rə açıqlamasında SKMF-ın rəhbəri Şirzad Abdullayev bildirib.
2013-cü ilin əvvəlindən Milli Fondun xətti ilə 245 milyon manatdan çox vəsait həcmində güzəştli kredit ayrılıb.
Abdullayev bildirib: "Güzəştli kredit hesabına 3527 sahibkarın layihəsi maliyyələşdirilib. Bu investisiya layihələrinin maliyyələşdirilməsi 10,2 min yeni iş yerinin açılmasına imkan verəcək".
Onun sözlərinə görə, maliyyələşdirmə ölkə iqtisadiyyatı üzrə prioritet olan investisiya layihələrinin reallaşdırılmasına yönəldilib.
SKMF rəhbəri bildirib: "Layihələrdən 63,8 faizi aqrar, 36,2 faizi isə sənaye məhsdullarının istehsalı və emalı sahələri ilə bağlıdır".