...

"Jeep® Grand Cherokee SRT" ilin SUV-si oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2013 11:18 (UTC +04:00)
Məşhur "Esquire" jurnalı "Jeep® Grand Cherokee SRT" modelini "İlin idman tipli avtomobili (SUV-si)" adına layiq görüb. "Esquire" jurnalının hər il təqdim etdiyi bu nominasiyaya tam yeni, dəbli, yüksək dəyərə malik və ən əsası, hər kəsin sürmək istədiyi avtomobillər yer alır. Məsələn, ötən il - 2012-ci ildə bu ad Range Rover Evoque avtomobilinə verilmişdir.
"Jeep® Grand Cherokee SRT" ilin SUV-si oldu

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Məşhur "Esquire" jurnalı "Jeep® Grand Cherokee SRT" modelini "İlin idman tipli avtomobili (SUV-si)" adına layiq görüb. "Esquire" jurnalının hər il təqdim etdiyi bu nominasiyaya tam yeni, dəbli, yüksək dəyərə malik və ən əsası, hər kəsin sürmək istədiyi avtomobillər yer alır. Məsələn, ötən il - 2012-ci ildə bu ad Range Rover Evoque avtomobilinə verilmişdir.

Nominasiyaya təqdim olunmuş avtomobilləri "Esquire" redaktorları da test-drayv edib, bu barədə rəylərini jurnalın noyabr nömrəsində yerləşdiriblər. Jurnal oxucularının xüsusi etimad bəslədikləri müəlliflərin bu avtomobillər haqda rəyləri maraq doğurur. "Esquire" jurnalının baş redaktoru Devid Qrancer SRT mühərrikini indinin ən yumşaq səsə, ağılasığan qiymətə malik mühərriki adlandırıb.

2014-cü ilin Jeep Grand Cherokee SRT-si təsiredici perfomansı, əzələli və dəbli lüks eksteryer dizaynı ilə ilin avtomobillərindən xeyli irəli gedib.

Qeyd edək ki, Jeep Grand Cherokee avtomobillərini Azərbaycanda Auto Azərbaycan şirkəti Chrysler Mərkəzdə rəsmi olaraq təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti