...

"TAKSİ 189" xidmətinin müştəriləri üçün EXPRESS sığorta

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2013 11:30 (UTC +04:00)
Tərəfdaş təşkilatlarla əməkdaşlığın genişləndirilməsi çərçivəsində və əhalinin geniş təbəqələrini keyfiyyətli siğorta xidmətləri və siğorta müdafiəsi ilə təmin etmək məqsədilə, Express Sıgorta Agentliyi 189 taksi sifarişi xidməti ilə saziş imzalayib.
"TAKSİ 189" xidmətinin müştəriləri üçün EXPRESS sığorta

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Express Sıgorta Agentliyi 189 taksi sifarişi xidməti ilə saziş imzalayib.

Tərəfdaş təşkilatlarla əməkdaşlığın genişləndirilməsi çərçivəsində və əhalinin geniş təbəqələrini keyfiyyətli siğorta xidmətləri və siğorta müdafiəsi ilə təmin etmək məqsədilə, Express Sıgorta Agentliyi 189 taksi sifarişi xidməti ilə saziş imzalayib.

Bu sazişə əsasən, 189 taksi sifarişi xidmətinin sürücüləri üçüncü şəxslərin qarşısında öz mülkü məsuliyyətlərini Express Sığorta Agentliyində sığorta edəcəklər. Bu sığorta ilə avtonəqliyyat vasitələri sahibləri üçüncü şəxslərin əmlak, həyat və sağlamlığına (yəni, faktiki olaraq 189 taksi xidmətinin sərnişinlərinin həyat və sağlamlığına) dəyə biləcək zərərlərə görə öz məsuliyyətlərini icbari qaydada sığortalamış olacacaqlar.

Bu cür icbari sığorta müqaviləsinin təminatı yalnız taksi sürücüsünün günahından baş vermiş hadisələri əhatə etdiyi üçün, Express Sığorta Agentliyi 189 taksi sifariş xidmətinə digər avtomobil sürücüsünün (qarşı tərəfin) günahından baş vermiş hadisələri əlavə olaraq təminat altına almışdır. Bu cür, daha geniş təminat, günahkarın kim olub olmamasından asılı olmayaraq yol-nəqliyyat hadisəsi nəticəsində sərnişinlərə tibbi xərclərin ödənilməsini nəzərdə tutur.

Xatırladaq ki, ölkəmizin ən böyük sığorta agentliklərindən sayılan və Respublika ərazisində geniş agent və filial şəbəkəsinə sahib olan Express Sığorta Agentliyi , 28 sığorta növü üzrə həm korporativ, həm də fərdi müştərilərə xidmət göstərir. Express Agentliyinin rəsmi sığorta tərəfdaşı, Azərbaycan sığorta bazarının aparıcı sığortaçılarından biri olan - AXA MBASK Sığorta Şirkətidir.

Müştərilərin rahatlığını təmin etmək məqsədilə, Express Agentliyi sığorta müqavilələrinin müştərilərin ünvanına "express" çatdırılma xidmətini təqdim edir. Sığorta şəhadətnaməsini əldə etmək üçün muştərilər (012) 488 64 54 nömrəsinə zəng etməklə birbaşa şirkətin məlumat mərkəzinə və ya (012) 596 70 88 nömrəsinə zəng etməklə agent mərkəzinə müraciət edə bilərlər.

Bu hadisəni şərh edən Express Agentliyinin təsisçisi Rəşad Abbasov bildirib: "189 taksi sifarişi xidməti ən böyük avtoparklardan birinə malikdir, hər gün 189 taksi xidmətindən minlərlə ölkə vətandaşı istifadə edir, 189 taksi xidmətinin keyfiyyətinə on minlərlə müştəri etibar edir və biz, şübhəsiz ki, on minlərlə taksi sərnişinlərinin sığorta müdafiəsinin məhz bizim agentlik vasitəsilə təmin olunmasına görə fəxr edirik. Express Sığorta Agentliyi üçün müştərilərə və partnyorlara göstərilən xidmətlərin səviyyəsi və sığorta xidmətlərin və təkliflərin keyfiyyəti - biznesin inkişafında ən əsas amillərdir."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti