...

Bolkart MasterCard-la partnyor olmayan məkanlarda da 3 aya ödə!

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2013 16:13 (UTC +04:00)
Artıq "Bolkart MasterCard" sahibləri "Bolkart" şəbəkəsinə aid olmayan ticarət obyektlərində və internetdə daha münasib ödəmə şərti ilə alış-veriş edə bilərlər.
Bolkart MasterCard-la partnyor olmayan məkanlarda da 3 aya ödə!

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Artıq "Bolkart MasterCard" sahibləri "Bolkart" şəbəkəsinə aid olmayan ticarət obyektlərində və internetdə daha münasib ödəmə şərti ilə alış-veriş edə bilərlər. Belə ki, "Bolkart" şəbəkəsi xaricində olan mağazalarda (məsələn, Zara, Bershka, Music Gallery) alış-veriş etmək istəyən kart sahibləri ənənəvi 1 aylıq deyil, 3 aylıq ödəniş müddəti əldə edə bilərlər.

Bunun üçün "Bolkart MC" sahibi alış-veriş zamanı əldə edəcəyi qəbzdə əks olunmuş 6 rəqəmli təsdiq kodunu və "taksit3" ifadəsini SMS ilə 8145 nömrəsinə göndərməlidir. Məsələn, 659459 taksit 3 (burada 659459 təsdiq kodudur). İnternet vasitəsilə edilən əməliyyatlar zamanı isə təsdiq kodunu "Bank of Baku"nun 145 Məlumat Mərkəzinə müraciət etməklə və ya gələcəkdə alış-veriş sonrası daxil olan SMS mətnindən əldə etmək olar.

Müvafiq SMS alış-veriş həyata keçirilən andan 24 saat ərzində göndərilməlidir. Əks halda sorğu nəticəsiz qalacaq.

3 aylıq ödəmə seçiminin komissiya haqqı 4,5%-dir.

Bu gün artıq 160 minə yaxın Azərbaycan vətəndaşı "Bolkart" ilə alış-veriş edir, kartdan nağd pul çıxarır və kartın digər üstünlüklərindən faydalanır.

Bütün "Bolkart" sahiblərini kartın "MasterCard" loqolu növü ilə təmin etmək məqsədi ilə "Bank of Baku" müştərilərin cari kart borcunu saxlamaqla əvəzlənməsi prosesini davam etdirir. "Bolkart MasterCard" kart sahibinə Azərbaycanda, xaricdə və internetdə alış-veriş imkanı verir.

Daha ətraflı: www.facebook.com/Bolkart

Məqalədə:
Xəbər lenti

Xəbər lenti