...

"Bank of Baku" internet bankçılıq xidmətini yeniləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Noyabr 2013 18:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

"Bank of Baku" müştərilərin rahatlığını təmin etmək məqsədilə internet bankçılıq xidmətinin yeni formatda tətbiqinə başlayıb.

Bankdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, bundan belə yeni sistem sayəsində müştərilər istifadə etdikləri bank məhsul və xidmətləri barədə dəqiq və ətraflı məlumat əldə edəcəklər. Bura cari hesablar, əmanət, plastik kartların balansı, kreditlər və digər xidmətlər daxildir. İnternet bankçılığa qoşulmaq haqqı pulsuzdur. Yeni formatda internet bankçılıq sayəsində bank müştəriləri həmçinin hesablarına dair son 3 ili əhatə edən çıxarış əldə edə bilərlər. Bank hesabından çıxarış müştəriyə ödənişsiz təqdim edilir.

Beləliklə, indi müştərilər aşağıdakı üstünlüklərdən faydalana bilərlər:

- sərf etdikləri vəsaitlərə çevik nəzarət,

- plastik kartların limitini yoxlamaq,

- kredit ödənişlərini həyata keçirmək,

- kartları ilə alış-veriş zamanı xərclənən məbləğ barədə onlayn məlumat

- əmanətləri barədə müfəssəl məlumat, o cümlədən bitmə tarixi, əmanəti artırmaq imkanı və s.

İnternet bankçılıq xidmətinə qoşulmuş şəxslər həmçinin kommunal xidmət haqqlarını, mobil və şəhər rabitəsi, internet və digər ödənişlərini edə bilərlər.

Daha ətraflı:

www.e-bankofbaku.com
www.bankofbaku.com
www.facebook.com/bankofbaku

Məqalədə:
Xəbər lenti

Xəbər lenti