...

Azərbaycanın iri bankı 500 milyon dollar dəyərində avrobondların buraxılışına hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2013 14:30 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankı (ABB) 2014-cü ildə 500 milyon dollar dəyərində avrobondların buraxılışını həyata keçirməyi planlaşdırır.
Azərbaycanın iri bankı 500 milyon dollar dəyərində avrobondların buraxılışına hazırlaşır

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir E.Əliyev/

Azərbaycan Beynəlxalq Bankı (ABB) 2014-cü ildə 500 milyon dollar dəyərində avrobondların buraxılışını həyata keçirməyi planlaşdırır. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə ABB-nin İdarə heyətinin sədri Cahangir Hacıyev deyib.

Onun sözlərinə görə, avroistiqrazların buraxılışı bakın kapitalının artmasına əsaslanır və ABB-nin cari il üzrə fəaliyyətinin auditinin yekunlaşması üzrə baş tuta bilər.

C.Hacıyev qeyd edib ki, istiqrazların tədavül müddəti təqribən 5-7 il təşkil edəcək.

Qeyd edək ki, daha əvvəl ABB ümumi həcmi 600 milyon dəyərində olan 4 emissiya keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti