...

Şərq Tərəfdaşlığı ölkələrinin biznes nümayəndələri Vilnüsdə iqtisadi məsələləri müzakirə edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2013 10:17 (UTC +04:00)
Trend-in Litvanın Avropa İttifaqı Şurasında Sədrliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün Vilnüsdə II Şərq Tərəfdaşlığı Biznes Forumu öz işinə başlayır.
Şərq Tərəfdaşlığı ölkələrinin biznes nümayəndələri Vilnüsdə iqtisadi məsələləri müzakirə edəcəklər

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir S.Əhmədova/

Şərq Tərəfdaşlığı ölkələrinin biznes nümayəndələri Vilnüsdə iqtisadi məsələləri müzakirə edəcəklər.

Trend-in Litvanın Avropa İttifaqı Şurasında Sədrliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün Vilnüsdə II Şərq Tərəfdaşlığı Biznes Forumu öz işinə başlayır.

Forum Litvanın Avropa İttifaqı Şurasında Sədrliyi, Avropa İnvestisiya Bankı, Litva Sənayeçilər Konfederasiyası və "Business Europe" tərəfindən birgə təşkil olunur.

Avropa Kommissiyasının prezidenti Xose Manuel Barrozu, Avropa İnvestisiya Bankının prezidenti Verner Hoyer, Aİ komissarları Karel de Quxt və Ştefan Füle, Litva Sənayeçilər Konfederasiyasının prezidenti Robertas Dargis, həmçinin Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukraynadan hökumət və biznes nümayəndələri forumda iştirak edəcəklər.

Qeyd edək ki, I Şərq Tərəfdaşlığı Biznes Forumu 2011-ci ildə Polşanın Sopot şəhərində baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti