...

Xankəndindən olan sahibkarlara 30 milyon dollardan artıq güzəştli kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2013 13:53 (UTC +04:00)
Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan məcburi köçkünlərə güzəştli kreditlər verilməsi təcrübəsi davam etdiriləcək.
Xankəndindən olan sahibkarlara 30 milyon dollardan artıq güzəştli kredit verilib

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir A.Axundov/

Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan məcburi köçkünlərə güzəştli kreditlər verilməsi təcrübəsi davam etdiriləcək. Trend-in məlumatına görə, bunu Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru Şirzad Abdullayev Xankəndindən olan məcburi köçkünlərlə görüşdə deyib.

100-dən artıq sahibkarın iştirak etdiyi görüşün əsas məqsədi məcburi köçkünlər tərəfindən dövlətin ayırdığı güzəştli kreditlərin istifadəsi imkanlarının öyrənilməsi, onları kreditlərin verilməsi mexanizmləri barədə məlumatlandırmaq olub.

Ş.Abdullayevin sözlərinə görə, bu günədək SKMF xətti ilə məcburi köçkün olan 1200 sahibkara 24 milyon manat dəyərində, o cümlədən 2013-cü ildə 307 iş adamına 5 milyon manat həcmində kreditlər verilib: "Bu kreditlər məcburi köçkünlərin məskunlaşdığı yerlərdə 2 mindən artıq iş yerinin açılmasına imkan verib".

Son illər ərzində Azərbaycanda yeni texnologiyalardan istifadə edən 4 iri investisiya layihəsinin maliyyələşdirilməsinə 14,3 milyon manat ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti