...

"Başak-İnam Sığorta Şirkəti" ASC tərəfindən keçirilən növbəti müsabiqə yekunlaşıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2014 12:01 (UTC +04:00)
"Başak-İnam Sığorta Şirkəti " ASC-nin keçirdiyi "Yeni İlə, İnam İlə" fotomüsabiqəsi artıq sona çatdı.
"Başak-İnam Sığorta Şirkəti" ASC tərəfindən keçirilən növbəti müsabiqə yekunlaşıb (FOTO)

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

"Başak-İnam Sığorta Şirkəti " ASC-nin keçirdiyi "Yeni İlə, İnam İlə" fotomüsabiqəsi artıq sona çatdı.

Şirkətdən Trend-ə verilən məlumata görə, çoxsaylı Facebook istifadəçilərinin qoşulduğu müsabiqə boyük bir maraq və həyəcanla izlənildi.

Müsabiqədə iştirak etmiş və ilk 5 yeri tutaraq qalib gəlmiş iştirakçılara dəyərli hədiyyələr təqdim olunub.

I yer: Murad Məmmədov - Samsung Galaxy S4
II yer: Şücaət (Ahmed) İbrahimli - iPad Mini
III yer: Elvin Muradxanlı - iPod Shuffle
IV yer: Aydan Əliyeva - 7 günlük səyahət sığortası
V yer: Pərviz Paşayev - 7 günlük səyahət sığortası

Bütün qaliblər əsas hədiyyələrdən əlavə Kasko sığortasına 15%-lik endirim əldə etdilər.

Müsabiqə boyu bizə dəstək olan və iştirakçı kimi qatılan bütün insanlara "Başak İnam Sığorta Şirkəti" təşəkkür edir.

"Başak-İnam Sığorta Şirkəti" ASC 9 avqust 1996-cı ildə Türkiyə tərəfdən Başak Sığorta AŞ və Azərbaycan tərəfdən 1994-cü ildə "Azərbaycan Beynəlxalq Bankı" ASC, "Turanbank" ASC, "Aqrar-Kredit" SKT və fiziki şəxslərin təsis etdiyi "İNAM" təkrarsığorta şirkətinin ortaqlığı ilə "Başak-İnam Sığorta Şirkəti" Azərbaycan-Türkiyə Sığorta və Təkrarsığorta QSC adı altında təsis edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti