...

Azərbaycanda nümunəvi sürücülər AVSMMİS üzrə endirimlər əldə edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Yanvar 2014 13:59 (UTC +04:00)
Azərbaycanda müsbət sığorta halları tarixçəsinə malik olan avtonəqliyyat sahibləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) polisləri üzrə endirimlərdən istifadə edə biləcəklər.
Azərbaycanda nümunəvi sürücülər AVSMMİS üzrə endirimlər əldə edəcəklər

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir A.Axundov/

Azərbaycanda müsbət sığorta halları tarixçəsinə malik olan avtonəqliyyat sahibləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) polisləri üzrə endirimlərdən istifadə edə biləcəklər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü İcbari sığorta Bürosunun yaydığı məlumatda deyilir.

Məlumata görə, 2014-cü ilin yanvar ayının 15-dən etibarən sığortalıların Bonus-Malus sinfi yenilənib. Belə ki, 2014-cü ildə sığorta müqaviləsini yeniləyən 106 580 sığortalıya sığorta haqqının 10%-i qədər, 192 352 sığortalıya sığorta haqqının 5%-i qədər güzəşt əmsalı tətbiq ediləcək. Son 2 ildə üç və ya daha çox sığorta hadisəsi törədən 22 sığortalıya cari ildə sığorta müqaviləsinin yenilənməsi zamanı sığorta haqqının 3 misli qədər Malus əmsalı tətbiq ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti