...

Dünya Bankı Azərbaycanın nəqliyyat sektorunda layihələrin reallaşdırılmasını qiymətləndirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2014 05:30 (UTC +04:00)
Dünya Bankının (DB) missiyası Azərbaycanın nəqliyyat sektorunda layihələrin reallaşdırılmasını qiymətləndirəcək.
Dünya Bankı Azərbaycanın nəqliyyat sektorunda layihələrin reallaşdırılmasını qiymətləndirəcək

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir E.Əliyev/

Dünya Bankının (DB) missiyası Azərbaycanın nəqliyyat sektorunda layihələrin reallaşdırılmasını qiymətləndirəcək. Bunu Trend-ə bankın Bakı nümayəndəliyindən deyiblər.

Bank nümayəndəsi bildirib ki, DB-nin bu sahədə layihəsi üzrə kuratoru Jak Bürenin başçılıq etdiyi missiya bankın ölkənin nəqliyyat sahəsində cari layihələrinin reallaşdırılmasının icmalını aparacaq.

Missiya 1 həftə ərzində Azərbaycanda olacaq.

Qeyd edək ki, Dünya Bankının Azərbaycanda investisiya portfeli 17 layihədən ibarətdir. Ölkənin DB-yə qoşulmasından etibarən bank 3 milyarddan artıq məbləğdə 54 layihəni maliyyələşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti