Azərbaycan, Bakı, 12 mart /Trend/
Unibank Visa kart sahiblərinə böyük futbol həyəcanını yaşadacaq. "Visa kartı ilə ödəniş et və Braziliyaya 2014-cü il dünya çempionatına getmək şansını əldə et" lotereyası çərçivəsində, Unibankın Visa kartları ilə bir ödəniş əməliyyatı belə, qalib olmağa kifayət edə bilər. Bu barədə Trend-ə bankdan bildirilib.
Lotereya iştirakcısı olmaq ucun Visa kartı sahibi 10 mart-30 aprel 2014-cu il muddətində Visa kartı vasitəsilə Azərbaycan Respublikası ərazisində, internetdə, o cumlədən xarici internet-saytlarda və ya xaricdə istənilən məbləğə mal və ya xidmətin (və ya tranzaksiya) odənişi uzrə 1 (bir) və ya bir necə əməliyyat aparmalıdır. Hər əməliyyat (tranzaksiya) bir şansdır. Tranzaksiyanın məbləğinə hec bir məhdudiyyət qoyulmur.
Lotereyanın 2 qalibi olacaq. İki uduş paketinə 2 nəfərlik Braziliyaya 2014-cu il Futbol uzrə Dunya Cempionatına səyahət daxildir. Lotereyada 400-ə yaxın digər hədiyyələr də oynanılır.
Lotereyada Visa Electron, Visa Classic, Visa Gold, Visa Platinum, Visa Infinite, Visa Virtual əsas kartlarının sahibləri olan 18 yaşına catmış şəxslər iştirak edə bilər.
Lotereya qalibləri 13.05.2014-cu il tarixində müəyyən ediləcək.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.
Unibank- hər kəsin bankı!