...

Visa və Xalq Bankdan Braziliyaya futbol üzrə dünya çempionatına getmək şansı

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Mart 2014 18:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart /Trend/

Visa və Xalq Bankın Visa plastik kart sahibləri üçün "Visa kartı ilə ödəniş et və Braziliyaya 2014-cü il futbol üzrə Dünya Çempionatına getmək şansını əldə et!" kampaniyasına start verildi.

Belə ki, 10.03.2014-30.04.2014-cü il tarixədək Xalq Bankın istənilən Visa plastik kartı ilə nağdsız ödəniş aparan hər kəs qeyd olunan aksiyada iştirak etmək hüququ qazanır. Qeyd olunan müddətdə ölkə ərazisində və xaricdə istənilən məbləğdə, istənilən hər bir tranzaksiya uduş şansı verir. Lotereyada 18 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər.

Vurğulamaq lazımdır ki, əsas uduşa iki nəfər üçün iki paket, hər biri Braziliyaya 2014-cü il futbol üzrə Dünya Çempionatına səyahət daxildir. Bundan əlavə uduş fonduna 400-dən çox müxtəlif hədiyyə daxildir.

Lotereyanın qalibləri televiziya vasitəsilə elan olunacaq. Kampaniya haqda daha ətraflı məlumatı www.visa.com.az saytından əldə edə bilərsiniz.

Xatırladaq ki, Xalq Bank Visa Gold, Visa Classic və Visa Elektron plastik kartlarını müştərilərə pulsuz olaraq təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti