...

Azərbaycan bundan sonra da RF-nin regionları ilə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2014 16:20 (UTC +04:00)
Azərbaycan bundan sonra da Rusiya Federasiyasının (RF) regionları ilə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Trend-in məlumatına görə, bunu cümə axşamı iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev Bakıda keçirilən Azərbaycan-Rusiya biznes forumunda deyib.
Azərbaycan bundan sonra da RF-nin regionları ilə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir (FOTO)

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir E.Əliyev/

Azərbaycan bundan sonra da Rusiya Federasiyasının (RF) regionları ilə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Trend-in məlumatına görə, bunu cümə axşamı iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev Bakıda keçirilən Azərbaycan-Rusiya biznes forumunda deyib.

O bildirib ki, ölkəmiz RF-nin 78 subyekti ilə uğurla əməkdaşlıq edir. Onlardan 4-ü ilə uğurla işləyən hökumətlərarası komissiya yaradılıb.

S.Babayev qeyd edib ki, Azərbaycanın iqtisadi inkişafı ölkə sahibkarlarının xaricə investisiya yatırması üçün zəruri resurslara malik olmasına gətirib çıxarıb: "Və biz investisiya fəaliyyətinin gələcək inkişafına maraq göstəririk".

Onun sözlərinə görə, son 10 ildə Azərbaycan Rusiya iqtisadiyyatına təqribən 1 milyard dollar investisiya yatırıb: "Bundan başqa, ölkədə Rusiyanın təqribən 570 şirkəti fəaliyyət göstərir, əsas kapitala təqribən 628 milyon dollar investisiya qoyulub".

Nazir müavini vurğulayıb ki, əmtəə dövriyyəsinin dinamikası da sevindirir: "Əmtəə dövriyyəsi ötən il təqribən 2,6 milyard dollar təşkil edib ki, bu da 2012-ci ildəkindən 10 faiz çoxdur".

Onun sözlərinə görə, Stavropol diyarı RF regionları arasında Azərbaycanın vacib tərəfdaşlarından biridir: "İki tərəf arasında qarşılıqlı ticarət əlaqələrinin dinamikası da bundan xəbər verir. Əmtəə dövriyyəsi il ərzində 58 faizdən çox artaraq 2013-cü ilin sonuna 183,4 milyon dollar təşkil edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti