...

Dövlət Baytarlıq Xidmətinə ayrılmış vəsait hesabına alınmış maşın, avadanlıq və dərman preparatlarının təqdimatı keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2014 17:36 (UTC +04:00)
Bu gün Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutunun ərazisində dövlət büdcəsinin Ehtiyat Fondundan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə ayrılmış vəsait hesabına alınmış maşın, avadanlıq, dərman preparatları və digər vasitələrin təqdimat mərasimi keçirilib.
Dövlət Baytarlıq Xidmətinə ayrılmış vəsait hesabına alınmış maşın, avadanlıq və dərman preparatlarının təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Bu gün Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutunun ərazisində dövlət büdcəsinin Ehtiyat Fondundan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə ayrılmış vəsait hesabına alınmış maşın, avadanlıq, dərman preparatları və digər vasitələrin təqdimat mərasimi keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, kənd təsərrüfatı naziri Heydər Əsədov Prezident İlham Əliyevin aqrar sahədə apardığı məqsədyönlü islahatlardan, bu sahəyə göstərdiyi diqqət və qayğıdan, əldə edilən nailiyyətlərdən danışıb. Nazir bildirib ki, respublikanın ticarət bazarlarında fəaliyyət göstərən baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının müasir avadanlıqlarla təmin edilməsi məqsədi ilə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə ayrılmış vəsait hesabına lazımi avadanlıqlar alınıb və ölkəmizə gətirilib. Alınıb gətirilən bu vasitələr 105 ədəd baytarlıq-sanitariya ekspertiza laboratoriyasının müasir avadanlıqlarla təminatı deməkdir. Eləcə də ayrılmış vəsait hesabına alınmış avadanlıqlardan 1 dəstinin Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq fakültəsi tələbələrinin təlim keçmələri, 1 dəstinin isə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti üçün ayrılıb.

H.Əsədov vurğulayıb ki, ölkəmizdə ilkin baytarlıq yardımı üçün dövlət büdcəsinin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına 18 ədəd "DUK" maşını, 100 ədəd yedəkli motosiklet, 2 min ədəd mühərrikli çiləyici, müalicəvi dərmanlar, heyvanları çimizdirmə maddələri, xəstəliyin təyini üçün diaqnostikumlar və dezinfeksiya maddələri alınıb.

Nazir bildirib ki, bioloji preparat və diaqnostikumların saxlanması, daşınması zamanı lazımi temperatur rejiminin gözlənilməsi məqsədilə "Soyuq zəncir sistemi"nin tətbiqindən ötrü avtorefrijerator maşın, soyuducu kamera və digər zəruri vasitələrin alınmasına dövlət büdcəsinin Ehtiyat Fondundan 1,2 milyon manat vəsait ayrılıb. Bu vəsait hesabına maşın və avadanlıqlar alınaraq ölkəyə gətirilib. Bu işlər bundan sonra da davam etdiriləcək.

Tədbirdə alınan maşın və avadanlıqlar bölgü əsasında baytarlıq xidmətinin müvafiq qurumlarına paylanıb.

Sonda nazir H.Əsədov Baytarlıq Xidmətinin əməkdaşlarına təqdim olunmuş maşın və avadanlıqlardan səmərəli istifadə olunmasına dair məsləhət və tövsiyələrini verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti