...

Udmurtiya Azərbaycanı birgə müəssisələr yaratmağa dəvət edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2014 14:18 (UTC +04:00)
Udmurtiya Azərbaycan məhsullarının respublikaya birbaşa tədarükünün inkişafına hazırdır.
Udmurtiya Azərbaycanı birgə müəssisələr yaratmağa dəvət edir

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir Z.Qurbanova/

Udmurtiya Azərbaycan məhsullarının respublikaya birbaşa tədarükünün inkişafına hazırdır. Trend-in məlumatına görə, bunu çərşənbə günü Bakıda Rusiyanın Udmurtiya Respublikasının İxraca Dəstək Mərkəzinin rəhbəri Valeriya Antonenko Udmurtiya Respublikası və Kaluqa vilayətinin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən Azərbaycan-Rusiya biznes forumunda deyib.

V. Antonenko bildirib: "Biz Azərbaycanın biznes ictimaiyyətini regionun meşə və aqrar sənaye komplekslərinin inkişafında iştirak, habelə maşınqayırma, aviakosmik, sənaye, informasiya kommunikasiya texnologiyaları, müasir tikinti materiallarının istehsalı sahələrində birgə müəssisələrin yaradılması üzrə təkliflərə baxmağa dəvət edirik".

Onun sözərinə görə, Udmurtiya, həmçinin Azərbaycana silah, o cümlədən idman və ov silahları, eləcə də pilotsuz uçan aparatları tədarük etməyə maraq göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti