...

Azərbaycan və RF Qəbələdə regionlararası forumda bir sıra sənədlər imzalayacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2014 14:52 (UTC +04:00)
İyunun 23-24-də Qəbələdə keçiriləcək Azərbaycan-Rusiya V regionlararası forumda bir sıra sənədlər imzalanacaq.
Azərbaycan və RF Qəbələdə regionlararası forumda bir sıra sənədlər imzalayacaqlar

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir E. Əliyev/

İyunun 23-24-də Qəbələdə keçiriləcək Azərbaycan-Rusiya V regionlararası forumda bir sıra sənədlər imzalanacaq. Trend-in məlumatına görə, bu barədə şənbə günü Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyinin yaydığı məlumatda deyilir.

Forum çərçivəsində iki ölkənin işgüzar dairələrinin iştirakı ilə plenar iclasın, əməkdaşlığın müxtəlif istiqamətlərinə yönəlmiş "dəyirmi masa"ların keçiriləcəyi planlaşdırılıb.

Məlumatda deyilir ki, tədbirdə Azərbaycan və Rusiyanın dövlət strukturlarının, parlamentlərinin, icra hakimiyyətlərinin nümayəndələrinin və sahibkarları iştirakı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti